Azecolab, MMC
ANALYTIK GROUP (AG) şirkətlər Grupu Azərbaycan bazarında 2002-ci ildən fəaliyyət göstərir. Şirkətimiz dünyada tanınmış bir neçə şirkətin Azərbaycanda təmsilçisidir. Biz həm malların satışı həm də satışdan sonrakı servis xitmətlərini həyata keçiririk. Servis xidmətləri həm bizim öz mutəxəssislərimiz tərəfindən həm də numayəndəsi olduğumuz şirkətlərin mutəxəssisləri tərəfindən həyata keçirilir. Bizim satiş siyasətinin əsas qayəsi ancaq xidmət göstərə bildiyimiz malların satışıdır. Hər bir şirkətin mallarının əsas reklamı onların işçi vəziyyətdə olmasıdır. Biz öz müştərilerimizə əsasən aşağıdakı malları təklif edirik: Atom Absortsiya spektrometrləri, UV Vis spektofotometrləri, element analizatorları, ümumi karbon analizatoru, rentgen difraktometrləri, hidrogen və azot generatorları, bərk maddələrdə metalların təyini üçün nümunələrin hazırlanmasını həyata keçirmək üçün mikrodalğalı sobalar, civə analizatorları, süd analizatorları, analitik tərəzilər, xromotograflar və digər lobarotoriya avadanlıqları.